Kontentə keç

Bal kalkulyatoru

I/II yarımil və illik nəticələri sürətli və dəqiq hesablamaq üçün sadə kalkulyator.

🧮 Bal kalkulyatoru
Rejimi seçin
“I/II yarımil” və ya “İllik” seçdikdən sonra xanalar aktiv olacaq.
Hesablama rejimi

Məlumat

Bal kalkulyatoru KSQ və BSQ nəticələrinə əsaslanaraq yarımil qiymətini avtomatik hesablayır. Alqoritm KSQ 40% + BSQ 60% çəkisinə əsaslanır və bütün hesablamalar brauzerdə aparılır.

İstifadəçi I/II yarımil və ya İllik rejimlərindən birini seçir. I/II yarımil rejimində bir yarımilin (I və ya II) KSQ/BSQ nəticələrini daxil edib yarımil balını hesablayır. İllik rejimində isə iki yarımilin balı daxil edilir və illik bal (I + II) / 2 kimi hesablanır.

Boş buraxılan KSQ-lar ortalamaya daxil edilmir. BSQ daxil edilməzsə, nəticə KSQ-ların ədədi ortası kimi hesablanır. BSQ daxil edilərsə, ən azı 1 KSQ daxil edilməlidir və BSQ 0–100 aralığında olmalıdır. Ondalıq dəyərlər (məs.: 87.5) dəstəklənir.

Nəticələr 2–5 qiymət şkalasında təqdim olunur:

Bal aralığı Qiymət
0 ≤ bal ≤ 30 2
30 < bal ≤ 60 3
60 < bal ≤ 80 4
80 < bal ≤ 100 5

Daxil etdiyiniz məlumatlar serverə göndərilmir və saxlanılmır; hər şey yalnız sizin brauzerdə emal olunur. Səhifə yenilənərsə dəyərlər sıfırlanır.

Təklif və rəy üçün: eduplan.az@gmail.com